Tarixdə ən dəhşətli işgəncə qurğularından birinin ilk qurbanı onun ixtiraçısı oldu...

Hazırda oxunan: Tarixdə ən dəhşətli işgəncə qurğularından birinin ilk qurbanı onun ixtiraçısı oldu...

615614
Sonda həmin qurğu vasitəsilə yüzlərlə insanın işgəncə çəkməsini ləzzətlə seyr etmiş tiran özü də onun "ləzzəti"ni yaşamalı oldu...
 
Bizim eradan əvvəl VI əsrdə İtaliyanın Siciliya adasındakı Akragant şəhərində Falaris adlı bir zalım Falarid öküzündən(bürüncdən hazırlanmış öküz heykəli-S.L.) istifadə edərək insanlara dəhşətli işgəncələr verib. Həmin qurğu  "işgəncə üçün ən ağrılı alət" hesab olunurdu.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu haqda materialı "Lad Bible" dərc edib.
 
İşgəncə üçün bürünc metaldan hazırlanmış bir öküz əsl işgəncə azarkeşi olan Falarisin əmrlərinə görə Afinadan olan usta Perilay tərəfindən hazırlanmışdı. Tiran Falaris həm də yeni doğulmuş uşaqları yeməyi sevirdi.
 
Bu hannibal qurbanları üçün tamamilə ağrılı olduğu güman edilən bir qurğu təqdim olunduqda onu tam bəyənib. Mexanizmi olduqca sadə işləyir:  lyuk vasitəsilə boş öküz heykəlinin içərisinə bir insan  yerləşdirilir və qurğunun altında ocaq yandırılır. Və əslində, öküz bir insanın diri-diri yandığı bir sobaya çevrilir. İşgəncəni daha "maraqlı" etmək üçün Perilay heykəlin içərisinə insan qışqırıqlarını öküz səsinə döndərən metal borular yerləşdirib...
Bir sıra tədqiqatçılara görə, Falaris bəlkə də əslində heç öküz qurğusu istəməyib. Amma Perilay tiranın  könlünə daha da girmək üçün belə dəhşətli bir qurğu yaradıb. Əcaib qurğunu nümayiş etdirdikdən sonra Falaris ixtiraçıdan öküz heykəlinin içərisində bir insanın bağırtılarının kənardakılar üçün necə səslənəcəyini nümayiş etdirməsini istəyib. Afinalı usta bunu təcrübə etmək üçün öküzün içərisinə girdikdə tiranın əmri ilə onu orada kilidləyib çıxmağa qoymayıblar və od qalanıb.  Beləliklə, bürünc öküzün ixtiraçısı onun ilk qurbanı olub...
 
Necə İşlədiyini öyrəndikdən sonra Falaris öküz heykəlini özünə  saxlamaq qərarına gəlib və bu, onun yeni "sevimli oyuncağı" olub. Bundan sonra, diktator kimsə içəridə diri-diri yananda geri-irəli yelllənən "sevimli oyuncağı"ndan uzun müddət ləzzət alıb.
 
Xoşbəxtlikdən,  e.ə. 554-cü ildə Falarisin dəhşətli hakimiyyəti sona çatıb və o, öz xüsusi dərmanının dozasınıı qəbul edərək sevimli öküzünün içərisinə yerləşməyə məcbur olub...
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin