"Bakı o qədər yüklənib ki, demoqrafik, ekoloji, nəqliyyat vasitələrinin sıxlığı cəhətdən “boğulur”"

Hazırda oxunan: "Bakı o qədər yüklənib ki, demoqrafik, ekoloji, nəqliyyat vasitələrinin sıxlığı cəhətdən “boğulur”"

613136

”Bakı o qədər yüklənib ki, demoqrafik, ekoloji, nəqliyyat vasitələrinin sıxlığı və sair cəhətdən “boğulur” və bundan  o yanası yoxdur”

  

Moderator.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin iclasında hökumətin hesabatının müzakirəsi zamanı bildirib.

         

Əli Məsimli müzakirələr zamanı bildirib ki, otən il qlobal miqyasda çox mürəkkəb bir şəraitdə Azərbaycanda  4,6 faiz səviyyəsində iqtisadi artım olub.Bu vacib məsələ ilə bağlı hazırda ən aktual suallardan biri budur ki,“Son iki ildə əldə edilən yüksək artım tempi 2023-cü ildə davam edəcəkmi?” 2023-cü ildə ÜDM-nin 2,7 faiz artımı proqnozlaşdırılır, lakin 2 ayın göstəricilərinə görə biz cəmi 0,4 faiz artıma nail olmuşuq. Deməli, belə getsə yenidən Dövlət Neft Fondundan əlavə vəsaitlərin götürülməsi məsələsi gündəmə gələcək.Ona görə də  yavaşımış  iqtisadi artım trayektoriyasından yenidən sürətlənmiş iqtisadi artım trayektoriyasına keçməkdən ötrü islahatların dərinləşdirilməsi, xüsusən də struktur islahatları, institutsional dəyişikliklər, idarəetmənin təkmilləşdirilməsi,iqtisadiyyatın şaxələnmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi və sair  sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılması təmin edilməlidir.

         

Son dövlərdə insanların həyat səviyyəsinə mənfi təsir edən  əsas amillərdən biri kimi sürətli qiymət artımına diqqət çəkən Əli Məsimli bildirib ki,hökumətin hesabatında qiymət artımının əsas səbəbi kimi yalnız idxal inflyasiyası göstərilib. Amma bu,qiymət artımına təsir edən əsas amillərdən biridir.Son vaxtlar qlobal miqyasda inflyasiya xeyli səngiməyə, bir sıra hallarda isə qiymətlər aşağı düşməyə başlayıb.Əgər doğrudan bizdəki qiymət artımları bütövlükdə idxal inflyasiyası ilə bağlıdırsa, onda belə bir sual ortaya çıxır ki, bəs onda niyə bizdə qiymətlər bu əsasda aşağı düşmür? Deməli, başqa  amillər də var. Burada  monopoliya əsas rol oynayır. İnhisarçılıqdan qaynanqlanan süni qiymət artımının hər faizinə görə Azərbaycan vətəndaşları ildə 500 milyondan manatdan çox,deməli ümumilikdə bir neçə milyard manat vəsait itirməli olurlar. Ona görə də hesab ediririk ki, antimonopol  tədbirlərin həyta keçirilməsi istiqamətində təsirli tədbirlər görülməlidir.

      

Əli Məsimli öz çıxışında regionların inkişafına diqqətin artırılması və işsizliyin aradan qaldırılması  kimi vacib məsələlərə də toxunub və qeyd edib ki, Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronda yerləşir.Sənayemizin 87,5 faizi Bakının,5,5 faizi  Abşeronun,  cəmi 7 faizi isə yerdə qalan 12 iqtisadi rayonda  payına düşür. Açılan iş yerlərin,qoyulan sərmayələrin,verilən kreditlərində də çoxu Bakı və Abşeronun payına düşür. Həm də Bakı o qədər yüklənib ki, demoqrafik, ekoloji, nəqliyyat vasitələrinin sıxlığı və sair cəhətdən “boğulur” və bundan  o yanası yoxdur.Belə bir şəraitdə Bakının yüngüllşdirilməsi və regionların canlanması üçün kompleks tədbirlərin görülməsi, yeni istehsal sahələri yaratmaq, yüksək maaşlı iş yerlərinin açılması,normal yaşayışın təmin edilməsi   istiqamətlərində zəruri olan addımlar atılmalıdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin