“Bağçalara işəqəbul üzrə müsahibə mərhələsi daha həssas keçirilməlidir”
Bunu Moderator.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis, Azərbaycan dövlət Pedaqoji Universitetinin əməkdaşı Xalidə Həmidova deyib. Onun sözlərinə görə, bağçalara işəqəbul prosesini həyata keçirən zaman bəzi məsələrə xüsusi diqqət etmək lazımdır:
“Müəllimlərin İşə Qəbulu müsabiqəsi nazirlik tərəfindən hazırlanan çərçivə sənədi əsasında aparılır. Bu sənəd ildən ilə təkminləşdirilir. Ötən ildən bağçalarda çalışmaq istəyən metodist və tərbiyəçilər də ayrıca müsabiqəyə cəlb edildi.
Onlar ilk olaraq test imtahanı verdilər. Daha sonra müsahibə mərhələsindən uğurla keçən namizədlər bağçalarda fəaliyyətə başladılar. Çox təqdirəlayiq haldır ki, bu proses tam şəffaf həyata keçirildi.
Pedoqoji prosses elə bir şeydir ki, metodlar, fəliyyətlər daim dəyişir. Zaman keçdikcə, bağça müəllimləri üçün müsabiqənin davamlı təşkilindən sorna bu sahədə ehtiyaclar araşdırırlaraq müəyyən dəyişikliklər edilə bilər.
Yaxşı olardı ki, işinə sevgi ilə yanaşacaq müəllimlər işə qəbul olunsunlar. Xüsusilə, bağça müəllimlərinin işini sevməməsi bu sahədə qeyri-peşəkarlığa gətirib çxarır. Məktəbəqədər təhsil ümumi təhsildən fərqlənir. Burada uşaqlarla davanış, qayğı və s. daha ön plana keçir. Bütün bunları nəzərə alaraq, bağça müəllimləri üçün müsahibə mərhələsi daha həssas keçirilməlidir. Onların bilik səviyyəsindən sonra insani keyfiyyətlərin, mənəvi dəyərlərin üzərindən qurulan fəaliyyətlər qiymətləndirilməlidr. Bu baxımdan, canlı müsahibələrin olması olduqca vacibdir”.
Prosesin nəticəsini bir il sonra görəcəyik
Bağça müdiri Azadə Əhmədova da sayta açıqlamasında bu məsələni yüksək qiymətləndirib:
“Müəllimlərin bağçalara imtahanla qəbulunu bir direktor kimi alqışlayıram. Əvvəllər də bağçalara tərbiyəçilərin qəbuluna ciddi yanaşırdı.
Bu il onların bilik səviyyəsi daha dolğun dərindən öyrənilir. Bu çox müsbət haldır. Artıq bir çox tərbiyyəçi öz iş yerlərində fəaliyyətə başlayıblar. Lakin onlar haqda hələlik tam məlumatımız yoxdur. Bu barədə nəsə demək üçün hələ tezdir. Biz prossesin nəticəsini bir il sonra görəcəyik.
Bizim bağçaya hələ təzə müəllim gəlməyib. 65 yaşlı tərbiyəçilərimiz var. Onları yola saldıqdan sonra biz də yeni müəllimlərimizi qəbul edcəyik”.
Rəna Nəbi

































































































