Ermənistan aprelin 1-də Laçından yan keçən yeni yolda bunu edəcək...

Hazırda oxunan: Ermənistan aprelin 1-də Laçından yan keçən yeni yolda bunu edəcək...

602178

Elə eyni tarixdən, yəni aprelin 1-dən Həkəri çayı üzərində - Ermənistanla sərhəddə Azərbaycan Respublikasının sərhəd, gömrük, baytarlıq və s. zəruri xidmətlərinin postlarının qoyulması vacibdir...

Ermənistan Respublikası ərazisində Qarabağa aparan yeni yolun tikintisinin aprelin 1-dək başa çatdırılması planlaşdırılır. 

Moderator.az xəbər verir ki, bu barədə Hetq.am-a Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat çatdırılıb.

Söhbət  Zəngəzur vilayətindəki Tex(Dığ) kəndinin M-12 dövlətlərarası avtomobil yolunun (Gorus-Tex-Laçın-Xankəndi) hissəsindən başlanaraq, Kornidzor(Gorunzur) kəndindən keçərək dövlət sərhədinə Həkəri çayına qədər 11,8 km uzunluğunda olan  hissəsindən gedir.  Çayın üzərində tikilmiş yeni körpü sərhəd keçidi kimi xidmət edir. Rusiya "sülhməramlıları" çayın Azərbaycan tayında yerləşdirilib...

Ermənistan hökumətinin 2022-ci il avqustun 4-də keçirilən iclasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bəyan edib ki, yolun Tex-Kornidzor-sərhəd hissəsi 2023-cü ilin yazında hazır olacaq.

Xatırladaq ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yolu 2022-ci il avqustun 30-dan Qarabağdakı və Ermənistandakı haykların tam  istifadəsinə verib. Bundan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri  Azərbaycan Ordusunun birbaşa nəzarətinə keçib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir...

P.S. Elə eyni tarixdən, yəni aprelin 1-dən Həkəri çayı üzərində - Ermənistanla sərhəddə Azərbaycan Respublikasının sərhəd, gömrük, baytarlıq və s. zəruri xidmətlərinin postlarının qoyulması vacibdir...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin