İsrail alimlərinin inqilabi uğuru: Ən azı 8 qoxu bilmək qabiliyyəti olan robot yaradıldı...

Hazırda oxunan: İsrail alimlərinin inqilabi uğuru: Ən azı 8 qoxu bilmək qabiliyyəti olan robot yaradıldı...

587359
"Perspektivdə bu robot narkotik və partlayıcı maddələrin aşkar edilməsində istifadə edilə bilər..."
 
"Robot səhra çəyirtkəsindən götürülən və elektron sistemə qoşulan təbii sensorlar dəstinə malikdir..."
 
"Bu robot ən azı səkkiz qoxunu və müxtəlif qoxuların qarışığını fərqləndirə bilir..."
 
Təl-Əviv universitetinin alimləri bir neçə qoxunu ixtisaslaşdırılmış elektronikaya nisbətən 10 min dəfə həssaslıqla identifikasiya edə bilən robot yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Neuroscience News" ("Neyroelm xəbərləri") elmi jurnalı yazıb.
 
Tədqiqatın müəllif və rəhbərləri Təl-Əviv universitetinin tibb fakultəsi nəzdində Saqol nevrologiyası Məktəbinin alimləri doktorant Neta Şvil, doktor Ben Maoz, professor Yossi Yovel və professor Amir Ayalidir.
 
Alimlər komandası öz robotlarını biohibrid platforma kimi təsvir edir.
 
O, səhra çəyirtkəsindən götürülən və elektron sistemə qoşulan təbii sensorlar dəstinə malikdir.
 
Bu sistem biosensorların göndərdiyi siqnalı interpretasiya edir, qoxunu aşkar edir.
 
Biosensorların vəzifəsi burun kimi duyğu orqanının reseptorlardan alınan elektrik siqnallarını dekodlaşdırmağı bilən elektron sistemə birləşdirməkdən ibarətdir.
 
"Standart ölçü cihazlarına nisbətən, "burun"un həssaslığı bu gün istifadə edilən cihazlardan təxminən 10 min dəfə yüksəkdir", - tədqiqatçılar qeyd edib.
 
Onlar robotu qoxuları ilkin siqnal üzrə xarakterizə etməyi öyrənən alqoritmlə birləşdirib.
 
Beləliklə, komanda elə bir sistem yaradıb ki, inamla səkkiz "təmiz" qoxunu, o cümlədən ətirşah, limon və marsipan (badam qurəbiyəsi) və müxtəlif qoxuların iki qarışığını fərqləndirə bilir.
 
Alimlər deyir ki, perspektivdə onların robotu narkotik və partlayıcı maddələrin aşkar edilməsində istifadə edilə bilər.
 
"Süni texnologiyalar hələ də milyon illər təkamülü ilə rəqabət apara bilmir. Heyvanlar aləmindən geridə qaldığımız bir sahə qoxuların hiss edilməsidir", - bunu doktor Moroz izah edir.
 
"Məsələn, hava limanında biz dəyəri milyonlarla dollar olan və üzərimizdə hər hansı metallik qurğuların olmasını müəyyən edə bilən maqnitometrdən keçirik. 
 
Lakin sərnişinin narkotik qaçaqmalçılıqla məşğul olduğunu yoxlamaq istəyəndə iti gətirirlər ki, qoxulasın.
 
Robotun necə görünməsini Təl-Əviv universitetinin dərc etdiyi videoda görmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin