"İlk dəfə Qarabağla İrəvan arasında belə uçurum yaranıb..."- Erməni deputat

Hazırda oxunan: "İlk dəfə Qarabağla İrəvan arasında belə uçurum yaranıb..."- Erməni deputat

586620
"Müstəqillik əldə etdikdən sonra ilk dəfə Stepanakertlə(Xankəndi-S.L.) İrəvan arasında belə ciddi uçurum yaranıb: bizim belə “lüks”ü gözə almağa haqqımız yoxdur".
 
Moderator.az  xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumata görə, bunu yanvarın 16-da jurnalistlərə müsahibəsində terrorçu eks-prezident Robert Köçəryanın liderlik etdiyi  “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan deyib.
 
Onun sözlərinə görə, Ermənistan öz mövqeyini kökündən dəyişməlidir, çünki İrəvanın bütün rəsmi bəyanatları “Azərbaycanın xeyrinədir”.
 
“Nikol Paşinyan təslim olmağa hazır olduğunu bəyan edir, lakin daha nə qədər təslim olacağını bilmir. Əliyev (Azərbaycan Prezidenti – red.) deyir ki, o, artıq Qarabağ məsələsini həll edib və “Qərbi Azərbaycan” problemini qaldırıb. 
 
“Qərbi Azərbaycan” nədir? İlk növbədə, Syunik. Biz buna nə cavab verəcəyik?”, - deyə Rüstəmyan sual edib.
 
Deputat əmin olduğunu bildirib ki, İrəvan Ermənistanın mövqeyini kökündən dəyişməsə, bu, Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə kömək edəcək.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin