"Fevral sərhədlərinə dönməli, yoxsa Moskvanı yandırmalı?.."

Hazırda oxunan: "Fevral sərhədlərinə dönməli, yoxsa Moskvanı yandırmalı?.."

577333
Ukraynalılar Rusiya üzərində qələbəni necə təsəvvür edir?..
 
"Ukraynalıların 85 faizi Krım və Donbas da daxil olmaqla bütün işğal edilmiş ərazilərin azad edilməsinə tərəfdardır..."
 
"Ukraynalıların 53 faizi Ukraynanın nüvə dövləti statusunu dəstəkləyir, əksəriyyəti isə ölkənin NATO-ya daxil olmasını ən yaxşı təhlükəsizlik zəmanəti hesab edir..."
 
Tammiqyaslı müharibə başlanandan daha çox ukraynalı qələbəni Krım və Donbas daxil olmaqla  bütün işğal edilmiş ərazilərin azad edilməsində görür. Mart ayında belə düşünən ukraynalılar 74 faiz, noyabr ayında 85 faiz təşkil edib.
 
Moderator.az xəbər verir ki, bunu "Reytinq" sosioloji qrupun keçirdiyi sorğunun nəticələri müəyyən edib. Məlumatı "Pravda" nəşri yayıb.
 
Respondentlərin yalnız 9 faizi Ukraynanın fevralın 24-dək nəzarət etdiyi ərazilərin qaytarılması variantını seçib. Eyni zamanda, Rusiya ərazisində döyüş əməliyyatlarının davam etdirilməsinin tərəfdarları 5 faizdən çox deyil. Ukraynanın istisnasız olaraq bütün ərazilərinin işğaldan azad edilməsinə dəstək (80 faizdən çox) ölkənin bütün regionlarının nümayəndələri arasında mütləqdir.
 
"Təcavüzdən çəkindirmək metodu kimi Rusiya ilə sülh sazişlərinin imzalanmasının tərəfdarları cəmi 8 faizdir. Rusiya ilə sülh sazişlərinin effektliyinə şərq və cənub sakinləri, həmçinin yalnız 24 fevraladək nəzarət edilən ərazilərin hərbi yolla geri qaytarılmasını dəstəkləyənlər bir qədər çox inanır", - sosioloqlar qeyd edib.
 
Ukraynanın nüvə dövləti statusunu dəstəkləyənlərin sayı artıb (2019-cu ildə 47 faizdən 2022-ci ildə 53 faizədək). Eyni zamanda, bütün regionlar və yaş qruplarında mütləq əksəriyyət ən yaxşı təhlükəsizlik zəmanəti kimi Ukraynanın NATO-ya daxil olmasını və Rusiyanın nüvə tərksilah edilməsini seçib.
 
Sorğu noyabrın 20-21-də Ukraynanın 18 yaşından yuxarı olan əhalisi arasında, işğal altında olan Krım və Donbas, habelə sorğu zamanı mobil rabitə olmayan ərazilər istisna olmaqla, bütün vilayətlərində keçirilib.
 
Sorğuya CATI (Computer Assisted Telephone İnterviewing-kompüterdən istifadə edilməklə telefon müsahibəsi) metodu ilə 1000 respondent cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin