Sosial şəbəkələrdə dərc olunan məlumatları və görüntüləri silinən İŞİD terror təşkilatı vəziyyətdən çıxış yolunu tapıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD özünün alternativ sosial şəbəkəsini yaradır.
Terror təşkilatının bu yeniliyi ancaq “Android”x9d cihazlarda tətbiq oluna biləcək. “Twitter”x9d, “Facebook”x9d və “YouTube”x9d kimi platformalardan təbliğatı üçün geniş istifadə edən İŞİD əksər hallarda maneələrlə qarşılaşır. Təsadüfi deyil ki, materialları sosial şəbəkələrdən silinən İŞİD dəfələrlə “Facebook”x9d və “Twitter”x9d rəhbərliyini təhdid edib.
Terror təşkilatı problemi aradan qaldırmaq üçün ötən aylarda “Facebook”x9da bənzəri bir xidmət təqdim edən “Khalefabook”x9d adlı bir sayt yaratmış, lakin saytın ömrü çox qısa olmuşdu.








































































































