Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Hazırda oxunan: Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

608770

2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması İrəvanın regiondakı münaqişələr kimi çağırışlara və mənfi nəticələrə qarşı durma qabiliyyətini artırıb.

Bizim.Media Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin Cənubi Qafqaza mənfi təsiri fonunda qəti sülhün bərqərar olması üzərində fəal işləyir.
 

"İrəvan Bakı ilə sülh sazişinin imzalanmasına yaxınlaşıb. Azərbaycanla imzalanan Vaşinqton sülh Bəyannaməsi regionumuza real sülh gətirdi. Bu, həm də bizə mənfi təsir göstərən regional münaqişələrin yaratdığı çətinliklərlə üzləşmək imkanlarımızı artırdı", - A.Qriqoryan bildirib.


O, həmçinin Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın Hörmüz boğazının bağlanması səbəbindən dünyada neftin qiymətinin artmasına baxmayaraq, ölkənin enerji bazarındakı vəziyyəti sabitləşdirməyə imkan verdiyini vurğulayıb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin