"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Hazırda oxunan: "Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

608779

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas dünyada Azərbaycanda olduğu qədər hakimliklə bağlı müzakirələrin aparıldığı ikinci ölkə görməyib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu mütəxəsis Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" üzərində 2:1 hesablı qazandıqları qələbədən sonra mətbuat konfransında deyib.

O, sözügedən qarşılaşmanı dəyərləndirib:

"Sabah" ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Meydanda bizi sona qədər dəstəklədilər. Oyun gərgin və dramatik keçdi. Hər iki komanda mübarizə apardı. Buraxdığımız qola baxmayaraq, sona qədər təslim olmadıq və əzmkarlıq sayəsində qalib gəldik. Finala yüksəlmişik, amma əsas məqsəd kuboku qazanmaqdır".

Baş məşqçi matçdakı mübahisəli epizodlara da münasibət bildirib:

"Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm – işlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Əgər futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir"".

Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini vurğulayıb:

"Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olursa olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin