Zəlzələdə ölənlərin sayı 2000-i keçdi - FOTO/VİDEO

Hazırda oxunan: Zəlzələdə ölənlərin sayı 2000-i keçdi - FOTO/VİDEO

76270
Nepalda baş verən 7,9 bal gücündəki zəlzələdə ölənlərin sayı 2000 nəfəri keçib. 

Musavat.com-un məlumatına görə, bu barədə Nepal rəsmiləri məlumat veriblər. Ölənlərin sayının daha da artacağı ehtimal edilir. Nepalda baş verən dəhşətli təbii fəlakət nəticəsində uçqunların altında qalanların axrarışları davam edir. 

Türkiyə də daxil olmaqla, bir çox ölkələr  Nepala yardım göndərib. Evi uçmuş insanların yemək, su və çadıra ehtiyacları olduğu bildirilib. Zəlzələnin vurduğu ziyanın həcmi isə hələlik məlum deyil. 

Qeyd edilib ki, bu faciə son 81 ilin ən dəhşətli təbii fəlakəti sayıla bilər. 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin