Türkiyə Avstriyadakı səfirini geri çağırıb

Hazırda oxunan: Türkiyə Avstriyadakı səfirini geri çağırıb

75975
Avstriya parlamenti “erməni soyqırımı”x9dnı tanıyan bəyanat qəbul edib.

Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyi açıqlama yayıb.
 
“Avstriya parlamentinin “erməni soyqırımı”x9d ilə bağlı bəyanatı Türkiyədə hiddətlə qarşılanıb. Tarixi faktlara zidd olan bu bəyanat türk xalqını cinayət törətməkdə təqsirləndirir. Bununla bağlı mövqeyimizi Avstriyanın Ankaradakı səfirinə çatdırmışıq. Türkiyənin Vyanadakı səfiri Həsən Goğuş isə məsləhətləşmələr üçün geri çağırılıb”x9d, sənəddə deyilir.
 
Qeyd edək ki, Avstriya parlamenti aprelin 22-də “erməni soyqırımı”x9dnı tanıyan bəyanat qəbul edib. “Türkiyə qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”x9d,  bəyanatda deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin