Rusiya Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində yerləşən Oleşki ərazisində “sükut rejimi” tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.
O bildirib ki, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən “sükut rejimi” tətbiq olunaq. Rusiya hərbçiləri minalardan təmizləmə işləri aparacaq.
Bildirilib ki, insanların təhlükəsizliyini təmin etmək və sosial əhəmiyyətli yüklərin çatdırılmasını təşkil etmək məqsədilə mühəndis kəşfiyyatı aparılacaq. Həmçinin humanitar karvanın Oleşkiyə təhlükəsiz hərəkəti üçün şərait yaradılacaq.
Qeyd edək ki, daha əvvəl Ağ Ev Rusiya və Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəldiyini və atəşkəsin oktyabrın 29-da qüvvəyə minəcəyini açıqlamışdı.
Bizim.Media




























































































