Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

Hazırda oxunan: Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

642007

Müasir Azərbaycanda maraqlı bir paradoks yaranıb: insanın təhsili, dünyagörüşü və şəxsi inkişafı artdıqca, özünə uyğun həyat yoldaşı tapması daha da çətinləşir. Müşahidələr göstərir ki, orta təhsilli insanlar daha tez ailə qurduğu halda, ali təhsilli insanlar uzun müddət tək qalırlar. Halbuki cəmiyyət əksini düşünür və ali təhsilli insanlarla bağlı gözləntiləri çoxdur.

Mütəxəssislər də belə hesab edirlər ki, ali təhsilli insanların ailə qurmaqda çətinlik çəkməsinin ən böyük səbəblərindən biri məhz çevrəsindəki insanların “oxumuş adam”dan gözlədikləri  üstünlüklərdir.

Sosioloq Aygün Tağızadə Bizim.Media-ya açıqlamasında bildirdi ki, ictimaiyyət arasında ali savadlı insanların daim ən yaxşı seçim edəcəyi düşüncəsi bəzən ali təhsilləri insanları da təsir altına salır:
 

“İnsan inkişaf etdikcə həyata baxışı dəyişir, gözləntiləri artır, seçim meyarları genişlənir. Artıq onun üçün sadəcə evlənmək deyil, düşüncəsini anlayan, dəyərlərini bölüşən, həyat yolunda ona yoldaş ola biləcək birini tapmaq vacib olur. Seçim imkanları artdıqca, uyğunluq axtarışı da mürəkkəbləşir. Bəzən insanın qarşısında seçim az olduğu üçün deyil, seçim etdiyi insanlarda axtardığı uyğunluğu tapa bilmədiyi üçün evlilik gecikir”.


Mütəxəssis bildirir ki, hətta ali təhsilli şəxslər özündən az təhsilli ilə ailə qurmağa hazır olsa belə, qarşı tərəfin və ya ailələrin münasibəti maneə yarada bilər. Digər tərəfdən, bəzi kişilər də özlərindən daha çox qazanan və ya daha yüksək statuslu qadınla münasibətdə sosial təzyiq hiss edə bilərlər. Bunlar universal qaydalar deyil, sosial mühitdən asılı hallardır.

Ünuniyyətlə araşdırmalar da təhsil səviyyəsi ilə evliliyin vaxtı arasında əlaqə olduğunu göstərir. Məsələn, ABŞ-da aparılan sorğuda xüsusən  yüksək təhsilli qadınların bir qisminin daha uzun müddət subay qalması müşahidə olunub.

Bəs təhsilsiz insanlar niyə daha tez evlənə bilirlər?

Təhsil almayan adama, xüsusən də qadınlara dana çox “onsuz da oxumursan, boş-bekar ata evində oturmaqdansa ərə get” kimi cümlələr tez-tez qurulur.

Tərəfdaş seçərkən təhsil və karyera uyğunluğuna daha az əhəmiyyət verə bilərlər. Hən özü, həm də çevrəsinin gözləntiləri az olduğu üçün seçim prosesi tərəddüdsüz keçir. Başqa sözlə, daha azla qənaətlənə bilirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin