Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

642066

Səudiyyə Ərəbistanı Yəmənin husilərin nəzarətində olan paytaxtı Sənanın qərbində yerləşən neft anbarına üç zərbə endirib.

Bizim.Media xəbər verir ki, bununla yanaşı, ölkənin qərbində yerləşən Hudeydə əyalətində neft anbarına və Yəmənin neft şirkətinə məxsus stansiyaya da silsilə zərbələrin endirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl husilər Sənadakı neft anbarına hücum ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanının Dammam şəhərindəki “Saudi Aramco” şirkətinin baş qərargahını, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını və “Aramco”nun neft emalı zavodunu hədəfə alacaqları ilə hədələmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin