Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

642075

Ukrayna Nazirlər Kabineti səfərbərlikdən möhlət hüququ olan işçilərin sayının azaldılmasını nəzərdə tutan qaydaları təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Yeni qaydalara əsasən, müdafiə sənayesi və energetika sahələrində çalışan işçilərin əvvəlki kimi 100 faizi deyil, maksimum 85 faizi səfərbərlikdən möhlət ala biləcək.

Mənzil-kommunal təsərrüfatı müəssisələrində isə bu göstəricinin 75 faizdən 60 faizə endirilməsi nəzərdə tutulur.
 

Deputatın sözlərinə görə, işçilərin 50 faizinin səfərbərlikdən möhlət hüququna malik olduğu müəssisələrə dair məhdudiyyətin azaldılması ilə bağlı müddəa qərarlar siyahısına daxil edilməyib.


Bundan başqa, müəssisələrin strateji əhəmiyyət daşıyıb-daşımaması ilə bağlı qərarı Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti, Təhlükəsizlik Xidməti və Milli Polisin nümayəndələrinin daxil olacağı koordinasiya mərkəzi verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin