Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Hazırda oxunan: Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

642072

Rusiya Yaponiyanı Moskvaya qarşı düşmən mövqeyindən əl çəkməyə və yanaşmasını dəyişməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yaponiyalı jurnalistin saxlanılmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Tokionun Rusiyanın təhlükəsizliyini sarsıtmaq məqsədilə jurnalistlərindən məlumat toplamaq üçün istifadə etməyə çalışması təəssüf doğurur.

Zaxarova qeyd edib ki, bu hadisə Rusiya-Yaponiya münasibətlərindəki atmosferi daha da pisləşdirən əlavə amilə çevriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin