Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Hazırda oxunan: Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

642069

TikTok-da yayılan təhlükəli trend yeniyetmələrin ağır xəsarət almasına səbəb olur. Söhbət məşhur “skviş” (squishy) oyuncaqlarının mikrodalğalı sobada qızdırılmasından gedir.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
 

Məlumata görə, yeniyetmələr oyuncaqları mikrodalğalı sobada qızdırmaqla onların daha yumşaq və toxunuş üçün daha xoş olacağını düşünürlər. Lakin mütəxəssislər bu cür məhsulların yüksək temperatura davamlı olmadığını bildirərək təhlükə barədə xəbərdarlıq edirlər.


Qızdırılma zamanı oyuncaqların daxilində təzyiq arta, nəticədə onlar mikrodalğalı sobanın içində və ya çıxarılan zaman qəfil partlaya bilər. Oyuncağın içindəki qaynar maddə ətrafa sıçrayaraq dəriyə və paltara yapışır, ağır yanıqlara səbəb olur.

Nəşrin məlumatına əsasən, artıq üz və əl nahiyələrindən ağır yanıq xəsarətləri alan yeniyetmələr qeydə alınıb. Bəzi zərərçəkənlərin vəziyyətinin kritik olduğu bildirilir.

Həkimlər valideynləri uşaqları məişət texnikasından təyinatına uyğun istifadə etməməyin təhlükələri barədə məlumatlandırmağa çağırırlar. 

Mütəxəssislər belə hadisələrin ömürlük çapıqlara, hətta görmə və tənəffüs orqanlarının geri dönməz zədələnməsinə səbəb ola biləcəyini vurğulayırlar. Onlar sosial şəbəkə platformalarını sağlamlıq üçün təhlükəli hərəkətləri nümayiş etdirən məzmunlara qarşı daha ciddi tədbirlər görməyə çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin