Roma Papası XIV Leo ağciyərindən əməliyyat olunub. Lakin həkimlər aşkarlanan törəmənin bədxassəli olduğunu təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 11-də pontifikin müayinəsi zamanı ağciyərində erkən mərhələdə düyünlü törəmə aşkarlandığı bildirilib. Həkimlərin tövsiyəsi ilə XIV Leo törəmənin çıxarılması üçün əməliyyat olunmağa qərar verib.
Oktyabrın 13-də səhər saatlarında XIV Leo müalicə həkimi Luici Karbonenin müşayiəti ilə Romadakı Gemelli Universitet Xəstəxanasına yerləşdirilib.
Bizim.Media



































































































