Böyük Britaniyanın Tehrandakı səfiri Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Britaniya rəsmilərinin Feyrford hərbi bazasında baş verdiyi ehtimal edilən insidentlə İranı əlaqələndirməsi olub.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa departamentinin baş direktoru Yusefi Britaniyanın ittihamlarını “əsassız” adlandırıb.
O bildirib ki, London irəli sürülən ittihamları təsdiqləyən sənəd və sübutları ən qısa zamanda təqdim etməlidir.
Yusefi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən baxacaq.
Bizim.Media



































































































