Amerikalı iş adamı İlon Mask yenidən dünyanın ilk trilyonçusu statusunu itirib. Hazırda onun sərvəti 982,9 milyard dollar qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Maskın sərvəti “SpaceX” şirkətinin səhmlərinin bazarların açılmasından sonra 3 faizdən çox ucuzlaşması nəticəsində təxminən 26,3 milyard dollar azalıb. Bu, iş adamının trilyonçu statusunu bərpa etməsindən cəmi dörd gün sonra baş verib.
Qeyd edək ki, Mask ilk dəfə iyunun ortalarında “SpaceX” şirkətinin ilkin kütləvi səhm təklifindən (IPO) sonra trilyonçu olub. Həmin vaxt “Forbes” onun sərvətini 1,1 trilyon dollar qiymətləndirib.
Lakin iki həftə sonra onun sərvəti yenidən 1 trilyon dollardan aşağı düşüb.
Mask iyunun 29-da ikinci dəfə trilyonçu statusunu qazansa da, iyulun 1-də yenidən bu statusu itirib. O, sonuncu dəfə oktyabrın 9-da trilyonçu olub.
Bizim.Media



































































































