Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Hazırda oxunan: Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

642087

2023-cü ildə Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığı Muhammet Gündüzün ona anasından qalan mülkləri almağa çalışdığını bildirib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib. 

Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.
 

Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində törədildiyini, miras əldə etmək məqsədi daşımadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların olmadığını bildirib. Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.


Qeyd edək ki, Türkan Gündüz 2023-ci il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin