Dünya brendi 30 aydır Rusiyada qəpik də qazana bilmir – Cəmi 9 nəfər qalıb

Hazırda oxunan: Dünya brendi 30 aydır Rusiyada qəpik də qazana bilmir – Cəmi 9 nəfər qalıb

637368

Dünyanın ən məşhur lüks brendlərindən Gucci-nin Rusiyadakı biznesində mühüm kadr dəyişikliyi baş verib.

Bizim.Media xəbər verir ki, “Gucci Rus” şirkətinin yeni baş direktoru Yuliya Juravleva təyin edilib. O, indiyədək şirkətdə baş mühasib vəzifəsində çalışıb.
 

Məlumata görə, rəhbər dəyişikliyi daha çox texniki xarakter daşıyır. Gucci butikləri 2022-ci ilin martından Rusiyada bağlıdır və “Gucci Rus” artıq 30 aydan çoxdur satış gəliri əldə etmir.


Şirkətin maliyyə itkiləri isə böyükdür. “Gucci Rus” 2022-ci ildə 1,5 milyard rubl, 2023-cü ildə 1,7 milyard rubl, 2024-cü ildə 385 milyon rubl, 2025-ci ildə isə 350 milyon rubl zərər edib.

Hazırda şirkətdə cəmi 9 nəfər çalışır.

Maliyyə hesabatlarında mövcud şəraitdə ticarət fəaliyyətinin bərpasının mümkün olmadığı açıq şəkildə göstərilir. Buna görə şirkət xərcləri minimuma endirərək fəaliyyətini faktiki olaraq “yuxu rejimi”nə keçirir.

Bununla belə, təsisçinin “Gucci Rus”u ləğv etmək niyyətində olmadığı bildirilir. Bu isə şirkətin Rusiyadan hüquqi baxımdan tam çıxmadığını göstərir.

Şirkətin əvvəlki baş direktoru Oleq Yasnovun isə beynəlxalq karyerasına fokuslandığı bildirilir. O, daha əvvəl Alexander McQueen-in Yaxın Şərq, Afrika, Çin və Yaponiyadakı bölmələrinə rəhbərlik edib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin