Planetdə yeni okean yaranır: Ərazi bəlli oldu

Hazırda oxunan: Planetdə yeni okean yaranır: Ərazi bəlli oldu

637374

Kolumbiya Universitetinin tədqiqatçıları Keniyada yerləşən Turkana riftindən əldə olunan seysmik məlumatları araşdıraraq Afrika qitəsində yeni okeanın yaranması istiqamətində irəlilədiyini bildiriblər.
 
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Araşdırma zamanı məlum olub ki, qırılma xətlərinin kənarlarında yer qabığının qalınlığı təxminən 35 kilometr olduğu halda, riftin mərkəzində bu göstərici 13 kilometrə qədər azalır.
 

Kolumbiya Universitetinin geoloqu Kristian Rouen bildirib ki, yer qabığının qalınlığının 15 kilometrdən aşağı düşməsi onun geri dönməz şəkildə parçalanma mərhələsinə daxil olduğunu göstərir. Onun sözlərinə görə, qabıq incəldikcə müqavimət azalır və çatlama prosesi sürətlənir.


Tədqiqatçılar hesab edirlər ki, bu proses davam edərsə, Afrika qitəsinin bir hissəsi zamanla ayrılaraq yeni okean hövzəsinin formalaşmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin