Kansler: "Bu məsələdə bir santimetr də geri çəkilməyəcəyəm"

Hazırda oxunan: Kansler: "Bu məsələdə bir santimetr də geri çəkilməyəcəyəm"

636636

Almaniya Kansleri Fridrix Merts "Almaniya üçün Alternativ" (AfD) partiyasını dəstəkləyən almanların narazılığına baxmayaraq, Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
 

Merts etiraf edib ki, Almaniya hökumətinin Ukraynaya tam dəstək verməsinin tənqid olunması, AfD seçicilərinin hazırkı hakimiyyətə qarşı əsas iddialarından biridir. Lakin Almaniya kansleri Kiyevi maliyyələşdirməkdən imtina etmək niyyətində olmadığını bəyan edib.


"Mən ölkənin bəzi bölgələrində müşahidə etdiyimiz narahatlıqları görürəm. Lakin indi biz bu dəhşətli müharibə bitənə qədər mövqeyimizdə möhkəm dayanmalıyıq. Rusiyanın uğuru hamımız üçün, o cümlədən Almaniya üçün gözlənilməz və görünməmiş nəticələrə səbəb olacaq. Məhz buna görə də mən burada çox qətiyyətlə, çox aydın şəkildə dayanıram və bir santimetr də geri çəkilmək niyyətim yoxdur", — deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin