Böyük Britaniyada "Great North Run" yarım marafonu zamanı iki 25 yaşlı idmançı ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, qaçışçılar 13,1 mil (təxminən 21 kilometr) məsafədə yarışırmışlar. Qəfildən onların hər ikisi huşunu itirib. Təşkilatçılar həkimlərin idmançıları xilas etməyə çalışdıqlarını, lakin bunun mümkün olmadığını bildiriblər. Ölümün səbəbləri açıqlanmır.
"İki iştirakçının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu inanılmaz dərəcədə çətin dövrdə onlara dəstək göstərməyə davam edirik, düşüncələrimiz və dualarımız onları sevən və tanıyan hər kəslədir", — deyə təşkilatçılar bildirib.
Qeyd edək ki, Nyukasldan Saut-Şildsə qədər olan marafon sentyabrın 13-də 45-ci dəfə keçirilib. Burada Böyük Britaniyanın baş naziri Endi Börnhem də daxil olmaqla, 63 min nəfər iştirak edib.
Bizim.Media

































































































