Tramp: “Rusiya və Ukrayna bu sahədə razılaşdı”

Hazırda oxunan: Tramp: “Rusiya və Ukrayna bu sahədə razılaşdı”

636620

Ukrayna Rusiyanın energetika obyektlərinə zərbələr endirməməyə razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib. Amerikalı lider əlavə edib ki, Rusiya da analoji öhdəliyi öz üzərinə götürüb.
 

Bundan başqa, Tramp növbəti dəfə qeyd edib ki, dünyada dizel yanacağının qiymətinin artmasına İran deyil, əsasən Rusiya və Ukrayna arasındakı münaqişə səbəb olub.


Qeyd edək ki, sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Kiyev Rusiya ilə iki sahədə — taxıl və energetika məsələlərində kompromisə getməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin