ABŞ Prezidenti Donald Tramp Kuba, Kanada, Meksika və bir sıra digər ölkələrin ABŞ ərazisi kimi göstərildiyi xəritə yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Şəkildə Kuba, Kanada, Meksika, Qrenlandiya, İslandiya, həmçinin Mərkəzi Amerika dövlətləri və Karib hövzəsinin bir sıra ölkələri ABŞ bayrağının rənglərinə boyanıb. Ağ Ev rəhbəri paylaşdığı şəkilə hər hansı açıqlama əlavə etməyib.
Qeyd edək ki, sentyabrın 6-da Tramp üzərində ABŞ bayrağı təsvir olunan Ayın şəklini paylaşaraq “Ay bizimdir” yazıb. Həmin gün o, ABŞ-nin Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif edib.

Bizim.Media

































































































