Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?

Hazırda oxunan: Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?

635342

Azərbaycanda sərnişin avtobusları üçün tətbiqinə başlanılan “brutto müqavilə” modelinin ictimai nəqliyyatın keyfiyyətinə təsiri müəyyən müddət keçdikdən sonra qiymətləndirilə bilər.

Bizim.Media xəbər verir ki, bunu “BakuPost”a iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, yeni sistemin nəticələrini dəyərləndirmək üçün ən azı iki ay gözləmək lazımdır. Onun sözlərinə görə, Azərbaycanda avtobus sisteminin böyük hissəsi “BakuBus”ın nəzarətindədir və şirkət dövlət müəssisəsi olduğu üçün dövlət tərəfindən maliyyələşdirilir.
 

Ekspert qeyd edib ki, “brutto müqavilə” modeli bir sıra ölkələrdə də tətbiq olunur. Lakin həmin ölkələrdə bu cür müqavilələri əsasən bələdiyyələr bağlayır və avtobus xidmətləri onların səlahiyyətində olur.


N.Cəfərli bildirib ki, Azərbaycanda sistemin necə işləyəcəyi və hansı nəticələr verəcəyi yalnız müəyyən müddət keçdikdən sonra məlum olacaq.

Qeyd edək ki, “brutto müqavilə” modelində daşıyıcılara sərnişin sayından asılı olmayaraq, qət etdikləri məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin