Ancelina Coli Xarkova getdi - FOTO

Hazırda oxunan: Ancelina Coli Xarkova getdi - FOTO

635337

Amerikalı aktrisa Ancelina Coli Xarkovu ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Coli şəhərdəki boks klublarından birinə baş çəkib.

“Zalda adi məşq günü gözlənilməz görüş baş tutub. Klubun qonaqları arasında dünyanın ən məşhur aktrisalarından biri də olub. Onun oğlu Noks ukraynalı müdafiəçilərlə birlikdə klubda tayboksinq üzrə məşq edib”, — deyə məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 30-da Coli Ukraynaya gedib. Hollivud ulduzu Lvov və Ternopol şəhərlərini də ziyarət edib. Colinin bu şəhərlərə səfərinin məqsədi açıqlanmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin