İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

Hazırda oxunan: İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

634317

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənubundakı Sirik şəhərində toy mərasiminə ABŞ tərəfindən həyata keçirilən hücuma cavab verildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd edilib.

Belə ki, SEPAH-ın Aerokosmik Qüvvələri İordaniyada yerləşən ABŞ dəniz piyadalarının “Camp Titin” bazasına ağır ballistik raket zərbələri endirib.

SEPAH iddia edib ki, Əqəbə körfəzi sahilində yerləşən bazaya hücum nəticəsində çox sayda ABŞ hərbçisi öldürülüb, bir neçə mühüm hərbi obyekt və hücum helikopterləri məhv edilib.
SEPAH qisas əməliyyatının davam etdiyini bildirib.

Xatırladaq ki, ABŞ ordusu dünən axşam saatlarından başlayaraq İranın bir sıra bölgələrinə aviazərbələr endirib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin