Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Hazırda oxunan: Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

634301

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Ziya qeyri-rəsmi münasibətdə olduğu Lalə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaqın gəldiyi nəticəyə görə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ziya əsəbləşərək təpiklə Lalənin baldır nahiyəsindən vurub və onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Ziyaya qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 

İş üzrə izahat verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib. Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.


Xətai Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin