Filippin sahillərində 5,3 maqnitudalı güclü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, ölkədə qeydə alınan təbii fəlakət barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Yeraltı təkanlar sentyabrın 1-də Bakı vaxtı ilə saat 17:22-də Mindanao adası yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri Saranqani əyalətindən 42 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 130 kilometr dərinlikdə qərarlaşıb.
Təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Bizim.Media









































































































