Ukrayna sakinlərinə 7-12 günlük ərzaq ehtiyatı toplamaları tapşırıldı

Hazırda oxunan: Ukrayna sakinlərinə 7-12 günlük ərzaq ehtiyatı toplamaları tapşırıldı

634278

Ukrayna sakinlərinə Rusiyanın bəzi obyektləri atəşə tutması ilə əlaqədar yarana biləcək kəsintilərə qarşı evlərində 7–12 günlük içməli su və ərzaq məhsulları ehtiyatı saxlamaları tövsiyə olunub. Bununla belə, məhsulları aylar öncədən kütləvi şəkildə satınalmağa ehtiyac yoxdur.

Bizim.Media "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Kiyevdəki Dövlət Qida və İstehlakçıya Nəzarət Xidmətinin rəhbəri Anatoli Katerençuk "Novini.LIVE" telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın zərbələri təkcə kritik infrastruktur obyektlərinə deyil, həm də logistik anbarlara təsir göstərir ki, bu səbəbdən tədarük vəziyyəti sürətlə dəyişə bilər.
 

Katerençuk evdə hər bir insanın tələbatına uyğun hesablanmış lazımi miqdarda su, həmçinin 7–12 günlük əsas qida məhsulları ehtiyatı saxlamağı məsləhət görüb.


Eyni zamanda, rəsmi şəxs panika içində alış-veriş etməkdən çəkinməyə çağırıb. O bildirib ki, ölkədə ərzaq qıtlığı yoxdur, bəzi malların rəflərdən müvəqqəti itməsi isə idxal hesabına kompensasiya edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin