Krımda benzinin satışı dayandı

Hazırda oxunan: Krımda benzinin satışı dayandı

634243

Moskvanın nəzarətində olan Krımın rəhbəri Sergey Aksenovun sosial şəbəkələrdə yanacaq böhranının tezliklə həll olunacağına və Aİ-95 markalı benzinin 100 rubldən baha olmayacağına dair vədlərinə baxmayaraq, yarımadada vəziyyət daha da pisləşib.

Bizim.Media xəbər verir ki, sentyabrın 1-də yeni qiymətlərlə benzin satışa çıxarılmayıb, əksər yanacaqdoldurma məntəqələrində isə yanacaq ümumiyyətlə yoxa çıxıb.

Məsələn, Simferopolda yalnız dizel yanacağı qalışb.

Digər şəhərlərdə yaşayanlar da tədarükdə heç bir normallaşmanın baş vermədiyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin