Rusiya Prezidenti Vladimir Putin həm xarici siyasət, həm də iqtisadiyyat sahəsində Türkiyəni Rusiyanın imtiyazlı tərəfdaşlarından biri adlandırıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə Qırğızıstanda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi danışıqlar zamanı bəyan edib.
Rusiya dövlət başçısı həmçinin qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi yüksək olaraq qalmaqdadır.
Öz növbəsində, Ərdoğan Putinlə görüşündə Türkiyə və Rusiya münasibətlərinin çox böyük inkişaf mərhələsinə çatdığını bildirib.
Xatırladaq ki, sentyabrın 1-də Bişkekdə ŞƏT-in yubiley sammiti başa çatıb. Sammitdə on ölkənin lideri Bişkek bəyannaməsini və təhlükəsizlik, süni intellekt sahəsindəki sazişlərdən tutmuş narkomaniya ilə mübarizə və nəqliyyat dəhlizlərinin inkişafı proqramlarına qədər Bişkek bəyannaməsini və daha 27 sənədi qəbul ediblər.
Bizim.Media





































































































