İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Hazırda oxunan: İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

634289

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı ABŞ-nin Sistan və Bəlucistan, eləcə də Hörmüzqan əyalətlərindəki obyektlərə endirdiyi hava zərbələrinə cavab olaraq, bu ölkəyə "ağır zərbələr" endirməyə hazır olduqlarını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

"ABŞ ordusunun Sistan və Bəlucistan, həmçinin Hörmüzqandakı obyektlərə qarşı həyata keçirdiyi hava təcavüzünə cavab olaraq, İran İslam Respublikasının silahlı qüvvələri amerikalı düşmənə dağıdıcı və ağrılı zərbələr endirəcək", - deyə bəyanatda bildirilib.

İranın hərbi komandanlığı xəbərdarlıq edib ki, ABŞ-nin regiondakı növbəti təcavüzkar addımları daha ciddi nəticələrə yol açacaq.

"Amerika terrorçu ordusu regionda təcavüzkar hərəkətlərində nə qədər çox israr edərsə, bir o qədər böyük və ağır ziyan çəkməli olacaq", — deyə vurğulanıb.
 

Baş Qərargah həmçinin qeyd edib ki, İran öz hüquqlarından imtina etmək niyyətində deyil və ABŞ-nin öz əməllərinə görə yüksək bədəl ödəməsinə nail olmağa hazırdır.


"Biz dəfələrlə bəyan etmişik və qərara almışıq ki, heç bir şəraitdə qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və amerikalı düşməni yüksək bədəl ödəməyə məcbur edəcəyik", - bəyanatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin