ABŞ qüvvələri İran ərazisindəki İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK / SEPAH) obyektlərinə zərbələr endirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Amerika tərəfinin məlumatına görə, bu zərbələr İİKK-nin son vaxtlar Hörmüz boğazında kommersiya gəmilərinə, eləcə də regionda yerləşən Amerika hərbçilərinə hücum cəhdlərindən sonra reallaşdırılıb.
İran mediasının məlumatına görə, partlayışlar barədə xəbərlər İranın cənub sahilindəki Bəndər-Abbas və Sirik rayonlarından, həmçinin Qeşm adasından daxil olur.
Partlayışların dəqiq yeri və mənbəyi hələlik müəyyən edilməyib.
Bizim.Media





































































































