Avropa İttifaqının rəsmiləri Belqradı Bosniya müharibəsi dövründə Bosniya serblərinin ordusunun sabiq qərargah rəisi Ratko Mladiçin dövlət və hərbi ehtiramla dəfn edilməsi planlarından əl çəkməyə çağırıblar.
Bizim.Media xəbər verir ki, Haaqadakı BMT təcridxanasında 84 yaşında vəfat edən Mladiçin dəfn mərasimi ilə bağlı gərginlik yaranıb.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, hərbi cinayətkarların tərənnüm edilməsi fundamental Avropa dəyərlərinə ziddir və bunun nə Aİ-də, nə də namizəd ölkələrdə yeri yoxdur.
Xorvatiyanın Baş nazir Andrey Plenkoviç isə qeyd edib ki, əgər Serbiya Mladici ali dövlət və hərbi ehtiramla dəfn edərsə, bu, ölkənin Aİ-yə üzvlük yolunda qapıları tamamilə bağlayacaq.
Serbiya ədliyyə naziri Nenad Vuyiç əvvəlcə dəfnin dövlət və hərbi şərəflə keçiriləcəyini bildirmişdi. Bosniya və Herseqovina tərkibindəki Serb Respublikasında və Serbiya şəhərlərində (Novi-Sad və s.) Mladiçin xatirəsinə anım kitabları açılıb, aksiyalar keçirilib.
Belqradın "Srvena Zvezda" futbol klubunun azarkeşləri də matç zamanı onun adını şüarlar səsləndirərək banner nümayiş etdiriblər.
Xatırladaq ki, Ratko Mladiç 2017-ci ildə Haaqa Tribunalı tərəfindən 1995-ci ildə Srebresitsada 8000 müsəlman kişinin soyqırımında, Sarayevonun mühasirəsində və digər ağır cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:56 / 01.09.2026
Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”
Hazırda oxunan: Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”
Hazırda oxunan: Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”
634237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































