Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

Hazırda oxunan: Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

634270

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi nazirliyə çağırıb. Buna səbəb Leypsiqdə pilotsuz uçuş aparatı (PUA) ilə bağlı baş vermiş insident olub.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı AFR-in xarici siyasi idarəsinin rəhbəri Yohann Vadeful məlumat verib.

"Mən Rusiya səfirinin çağırılması barədə sərəncam vermişəm. Bu görüş hazırda baş tutur", — deyə diplomat bildirib.

Xatırladaq ki, avqustun 29-da "Politico" qəzeti öz mənbələrinə istinadən Almaniya hakimiyyətinin Rusiyanı Leypsiq hava limanında PUA ilə baş vermiş insidentdə ittiham etməyə hazırlaşdığını yazmışdı.
 

Belə ki, avqustun əvvəlində Ukraynaya məxsus An-124 yük təyyarəsinin yaxınlığında alçaqdan uçan dron aşkar edilib. PUA-nın təxminən 800 qram partlayıcı maddə daşıdığı müəyyən edilib.


Berlin Moskvadan şübhələnir və təkzibolunmaz dəlil olmadığını etiraf etsə də, ona qarşı "milli tədbirlər" hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin