Bu icra başçıları pensiya alır - Adlar

Hazırda oxunan: Bu icra başçıları pensiya alır - Adlar

634297

Azərbaycanda 65 yaşdan yuxarı olan və fəaliyyətini davam etdirən icra başçıları da var. Onların arasında uzun illərdir eyni rayon və ya şəhərə rəhbərlik edən, eləcə də müxtəlif bölgələrdə icra başçısı kimi çalışmış şəxslər yer alır. Kişilər üçün pensiya yaşının 65 olduğu nəzərə alındıqda, bu şəxslər yaş həddini keçdikdən sonra da vəzifələrini davam etdirirlər.

Bizim.Media “metbuat.az”a istinadla pensiya alan icra başçıları haqda məlumatları təqdim edir:

Adil Məmmədov - 74 yaş

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 15 aprel 1952-ci ildə anadan olub. O, 1994-cü ildən icra başçısı kimi fəaliyyət göstərir və müxtəlif illərdə Oğuz, Qəbələ və Biləsuvar rayonlarına rəhbərlik edib. 2011-ci ildən Qobustan Rayon İcra Hakimiyyətinin başçısıdır. Hazırda da bu vəzifədə çalışır.

Rafil Hüseynov - 73 yaş

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. O, uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb, 2019-cu ilin noyabrından Ağcabədi rayonuna rəhbərlik edir.

Malik İsaqov - 72 yaş

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. O, 8 sentyabr 2001-ci ildə Qubadlı rayonunun icra başçısı təyin edilib və 25 ilə yaxındır bu vəzifəni tutur. Hazırda da Qubadlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edir.

Zakir Fərəcov - 72 yaş

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 3 fevral 1954-cü ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Fərəcov 2015-ci ildən Sumqayıta rəhbərlik edir.

Novruz Novruzov - 72 yaş

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 2 may 1954-cü ildə Lerik rayonunun Zövnə kəndində anadan olub. O, 1995-ci ildən icra başçısı kimi fəaliyyət göstərir və müxtəlif illərdə Lerik, Goranboy və Şabran rayonlarına rəhbərlik edib. 2019-cu ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır və hazırda da vəzifəsini davam etdirir.

Tofiq İbrahimov - 72 yaş

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 1954-cü ildə anadan olub. O, 2004–2010-cu illərdə Qəbələ, 2010–2012-ci illərdə Lənkəran rayonlarına rəhbərlik edib, 2012-ci ildən isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısıdır. Rəsmi məlumatlara əsasən, İbrahimov hazırda da bu vəzifədə çalışır.

Niyazi Bayramov - 70 yaş

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 26 mart 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 2012-ci ildə Mingəçevirin, 2018-ci ildə isə Gəncənin icra başçısı təyin edilib.

Eldar Əzizov - 69 yaş

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildən icra başçısı kimi müxtəlif rayon və şəhərlərə rəhbərlik edib, 2018-ci ilin noyabrından Bakı şəhərinin icra başçısıdır.

Vaqif Həsənov - 67 yaş

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışdıqdan sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Eyvaz Hüseynov - 67 yaş

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. O, 2 iyul 1992-ci ildə bu vəzifəyə təyin edilib və 34 ildən artıqdır ki, Xocavənd rayonuna rəhbərlik edir.

Taleh Qaraşov - 67 yaş

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. O, 1996-cı ildən icra başçısı kimi fəaliyyət göstərir və müxtəlif illərdə bir neçə rayona rəhbərlik edib. 2012-ci ildən Lənkəran şəhərinin icra başçısıdır.

Sahir Məmmədxanov - 66 yaş

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 5 noyabr 1959-cu ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. O, uzun illər vergi sistemində çalışıb və 2024-cü ilin iyulunda Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda da bu vəzifədə fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin