FİFA 2026-cı il Dünya Çempionatının finalında İspaniya milli komandasının futbolçularına hücum edən Argentina yığmasının oyunçularını ağır şəkildə cəzalandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi məlumat yayıb.
Argentina və İspaniya arasında keçirilən final matçının final fitindən sonra baş verən qarşıdurmaya görə FİFA bir neçə futbolçuya diskvalifikasiya və pul cəzası kəsib.
Final oyunundan dərhal sonra rəqib futbolçulara hücum edən argentinalı Leandro Paredes 10 oyunluq diskvalifikasiya və 90 min dollar məbləğində cərimələnib. Digər futbolçu Nahuel Molina isə 7 oyunluq kənarlaşdırma və 90 min dollar pul cəzası alıb.
Bundan əlavə, Argentina yığmasının köməkçi məşqçisi Roberto Ayala 2 oyunluq diskvalifikasiya edilib. Xaos zamanı qayda pozuntusuna yol verən Tyaqo Almada və İspaniya milisinin üzvü Qavi də 1 oyunluq cəzalandırılıblar.
Qeyd edək ki, İspaniya Dünya Çempionatının finalında Argentinanı əlavə vaxtda 1-0 hesabı ilə məğlub edərək, qalib olmuşdu.
Bizim.Media







































































































