ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

Hazırda oxunan: ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

627383

"Ukrayna Rusiyadan daimi təhdid altında yaşamağa məcbur olacaq. Ona görə də onun təhlükəsizlik modeli getdikcə İsrailinkinə bənzəyəcək. Hazırkı müharibə bitdikdən sonra Ukrayna bir çox cəhətdən onilliklərdir daimi hərbi təhdid altında yaşayan İsrailə bənzəyəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri təqaüddə olan ABŞ generalı və Avropadakı ABŞ qüvvələrinin keçmiş komandanı Ben Hoces “DW”-yə verdiyi müsahibəsində səsləndirib.

O, həmçinin ABŞ prezidenti Donald Trampı Ukraynanı səhvən yalnız kömək istəyən bir dövlət kimi qəbul etdiyinə görə tənqid edib.
 

"Ukrayna Fars körfəzi ölkələrinə İran dronlarından müdafiə olunmağa kömək edir və onlar, ehtimal ki, Ukraynanın müdafiə imkanlarını əldə etmək üçün Səudiyyə Ərəbistanı və BƏƏ-nin pulları ilə Ukraynanın müdafiə sənayesini dəstəkləyəcəklər, baxmayaraq ki, Amerika prezidenti onlardan heç nəyə ehtiyacımız olmadığını demişdi", Hoces qeyd edib.


Generalın sözlərinə görə, Rusiya nəinki Ukraynanı məğlub etməkdə acizdir, həm də getdikcə mövqelərini itirir. O, Rusiya ordusunun itkilərini, cəbhədəki vəziyyəti və Ukraynanın Rusiya xətlərinin arxasındakı hərbi obyektlərə zərbələrini misal gətirərək vurğulayıb:

"Rusiya nəinki Ukraynanı məğlub edə bilmir, həm də səhv istiqamətdə irəliləyir".

Qodcesə görə, Ukraynanın gələcək təhlükəsizlik sistemi güclü müdafiə-sənaye kompleksinə, effektiv səfərbərliyə və dövləti müdafiə etmək üçün yüksək səviyyəli ictimai hazırlığa əsaslanmalıdır.
 

"Düşünürəm ki, Ukraynanın gələcəyi, onun təhlükəsizlik qarantiyası İsrail kimi olmaqdadır: böyük müdafiə sənayesinə, yüksək effektiv sürətli səfərbərliyə və müdafiəsinə tam sadiq bir cəmiyyətə sahib olmaqdadır", - deyə Qodces bildirib.


O, həmçinin müharibədən sonra Ukrayna kəşfiyyatının, xüsusən də Baş Kəşfiyyat İdarəsinin Rusiya müharibə cinayətkarlarını bütün dünyada axtara biləcəyini irəli sürüb.

"Ukrayna kəşfiyyatı, xüsusən də Baş Kəşfiyyat İdarəsi, gələcəkdə Rusiya müharibə cinayətkarlarını bütün dünyada ovlayacaq, necə ki, İsrail Mossadının bir vaxtlar keçmiş nasistləri ovladığı kimi", - deyə general bildirib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin