Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Hazırda oxunan: Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

624745

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda koqnitiv funksiyalar testi də daxil olmaqla, əla nəticələrlə tibbi müayinədən keçdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Uolter Rid xəstəxanasında hər altı aydan bir keçdiyim tibbi müayinəni uğurla başa vurdum. Mən həmçinin əlavə koqnitiv test tələb etdim. Bu testi üç dəfə keçən və hər dəfə bütün suallara doğru cavab verərək əla nəticə göstərən yeganə prezidentəm", — deyə Tramp qeyd edib.

May ayında Tramp koqnitiv testdən keçən ilk Amerika prezidenti olduğunu iddia edib.

O, həmçinin 99 ədədi ilə bir neçə əməliyyatın yerinə yetirilməsini tələb edən riyazi məsələni də xatırlatmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin