Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Hazırda oxunan: Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

624577

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb.

Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.

Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.

Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin