ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ordusunun İran ərazisinə endirdiyi silsilə zərbələrdən sonra Tehran rəhbərliyi onunla əlaqə saxlayaraq razılaşma təklif edib.
Bizim.Media "CNN" telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən prezident təyyarəsində jurnalistlərə açıqlama verib:
"Onlar bir müddət əvvəl zəng etmişdilər, razılaşma imzalamaq üçün çox can atırlar. Mən sadəcə bilmirəm, onlar bu razılaşmaya layiqdirlərmi?" – deyə ABŞ lideri bildirib.
Xatırladaq ki, son iki gecə ərzində ABŞ hərbçiləri Hörmüz boğazında kommersiya gəmilərinin atəşə tutulmasına cavab olaraq İrana qarşı intensiv zərbələrini yenidən bərpa ediblər.
Tramp Tehranı növbəti dəfə sərt şəkildə xəbərdar edib. ABŞ prezidenti bildirib ki, İran kommersiya gəmilərinə qarşı hər hansı yeni hücum reallaşdırarsa, Amerika ordusu daha dağıdıcı cavab tədbirləri görəcək.
Tramp mpvzu ilə bağlı bu gecə "Truth Social" platformasında yazıb: "Əgər onlar bunu bir daha etsələr, vəziyyətləri daha da ağırlaşacaq".
Qeyd edək ki, bölgədəki vəziyyət kritik həddə çatıb. Trampın bu bəyanatı Tehranın hərbi cəhətdən sıxışdırıldığı və beynəlxalq təzyiq altında danışıqlara meyilləndiyi bir dövrdə səslənib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:45 / 09.07.2026
Tramp: "İrandan zəng etdilər, razılaşma istəyirlər" - VİDEO
Hazırda oxunan: Tramp: "İrandan zəng etdilər, razılaşma istəyirlər" - VİDEO
Hazırda oxunan: Tramp: "İrandan zəng etdilər, razılaşma istəyirlər" - VİDEO
624181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































