ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Donald Tramp vətəndaşların silah saxlamaq və gəzdirmək hüququnu qətiyyətlə müdafiə edəcəyinə söz verib.
Bizim.Media xəbər verir ki, o, bu hüququn qorunmasının onun siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb.
Çıxışı zamanı Tramp bu məsələyə xüsusi toxunub:
"Silah saxlamaq və gəzdirmək hüququ. Biz bu hüququ çox diqqətlə müdafiə etmişik", - deyə o bildirib.
ABŞ lideri, həmçinin "Amerika arzusu"nun geri qayıtmasından bəhs edərək, onu güclü və gözəl bir konsepsiya kimi xarakterizə edib.
O əlavə edib ki, Birləşmiş Ştatlar dünya arenasında öz ambisiyalarını genişləndirməkdən heç vaxt vaz keçməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:55 / 05.07.2026
Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”
Hazırda oxunan: Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”
Hazırda oxunan: Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”
623389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































