Çin və Rusiya birgə hərbi təlimlərə başlayır - Mühüm detallar açıqlanmır

Hazırda oxunan: Çin və Rusiya birgə hərbi təlimlərə başlayır - Mühüm detallar açıqlanmır

623352

Çin və Rusiya hərbi-dəniz qüvvələri cari ay ərzində birgə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, "Mənəvi əməkdaşlıq" və strateji tərəfdaşlıq çərçivəsində təşkil olunan "Dəniz qarşılıqlı fəaliyyəti – 2026" təlimləri Çinin Sarı dənizdəki müdafiə akvatoriyasında – Sindao şəhəri yaxınlığında baş tutacaq.

Hərbi manevrlər təkcə dənizdə deyil, həm də həmin ərazinin hava məkanında icra olunacaq. Təlimlərin rəsmi hissəsi başa çatdıqdan sonra isə hər iki ölkənin hərbi qüvvələri Sakit okeanda birgə patrullara başlayacaq.

Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, bu tədbirlərin əsas məqsədi "regional sülhün və sabitliyin qorunub saxlanılmasıdır".

Buna baxmayaraq, Pekin hələlik bəzi mühüm detalları açıqlamayıb:

Təlimlərin dəqiq tarixləri;

Manevrlərdə iştirak edəcək hərbi gəmilərin sayı;

Cəlb olunacaq aviasiya və şəxsi heyətin miqyası.

Beynəlxalq müşahidəçilər Çin və Rusiyanın bu birgə addımını Sakit okean regionunda hərbi mövcudluğun gücləndirilməsi kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin