ABŞ-da təyyarə qəzası – Sərnişinlər belə xilas edildi – VİDEO

Hazırda oxunan: ABŞ-da təyyarə qəzası – Sərnişinlər belə xilas edildi – VİDEO

619749

ABŞ-nin Texas ştatında göyərtəsində 6 nəfər olan təyyarə qəzaya uğrayıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Laredo şəhərində baş verib.

Məlumata görə, göyərtəsində altı nəfərin olduğu kiçik təyyarə magistral yolun üzərinə düşərək alovlanıb.
 

Qəza şahidlərinin sözlərinə görə, hadisədən dərhal sonra ətrafdakı insanlar köməyə qaçaraq pilot kabinəsinin şüşələrini sındırmağa çalışıblar. Nəticədə təyyarədə olan üç yeniyetmə və ekipaj üzvləri alovlanan salondan çıxmağı bacarıblar.


Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Qəzadan sonra magistral yolda hər iki istiqamətdə hərəkət tamamilə dayandırılıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin