Rusiyanın Stavropol diyarının Novoaleksandrovsk şəhərində heyvan intiqamı zəminində dəhşətli qətliam törədilib. 43 yaşlı yerli sakin "Barmaley" adlı balaca pişiyini öldürdüyünə görə 67 yaşlı təqaüdçü qonşusunu boğaraq qətlə yetirib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
"Pişiyimi zəhərləmişdi"
İstintaq zamanı qatil hadisənin təfərrüatını danışarkən ev heyvanının ölümünə görə çox kədərləndiyini bildirib. Onun sözlərinə görə, pişiyinin qəfil ölümündən sonra o, məsələni aydınlaşdırmaq üçün qonşu qadının yanına gedib. Yaşlı qadın heyvanı məhz özünün zəhərlədiyini etiraf edib.
Bu cavabdan qəzəblənən kişi əlinə keçən ilk ipi götürərək yaşlı qadını yerindəcə boğub.
İz itsirmək cəhdi kömək etmədi
Cinayəti törətdikdən sonra o, hadisənin izlərini gizlətməyə çalışıb. Törədilən əməli ört-basdır etmək üçün qonşusunu boğduğu ipi və həmin vaxt əynində olan qanlı paltarlarını yandırsa da, ədalətdən qaça bilməyib. Polisin keçirdiyi operativ əməliyyat nəticəsində qatil qısa müddətdə ifşa olunaraq həbs edilib.
Faktla bağlı cinayət işi açılıb. Qəddar qonşunu törətdiyi bu əmələ görə 15 ilə qədər həbs cəzası gözləyir.
Bizim.Media
































































































